- Baxış sayı: 18
- 24 İyun 2026 11:48
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

“Qəbələ”nin gənclər liqasının çempionlar yolunun 2-ci mərhələsində rəqibi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Moldovanın “Şerif” klubunu mübarizədən kənarlaşdıraraq Azərbaycan futbolunda ilkə edən “qırmızı-qaralar” bu dəfə Almaniya “Herta”sı ilə üz-üzə gələcək.
Millisinin sabiq futbolçusu Mihael Hartmannın baş məşqçisi olduğu Berlin klubu Polşa “Lex”ini üstələyib. 2-ci etapda görüşlər noyabrın 7-də və 28-də baş tutacaq. “Qəbələ” ilk oyunu evdə, cavab matçını Almaniya paytaxtında keçirəcək.