- Baxış sayı: 19
- 24 İyun 2026 02:54
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0
“Qəbələ” klubu yeni mövsümünün hazırlığına başlayıb. Allsport.az saytı xəbər verir ki, iyunun 3-də Bakıda bir araya gələn komanda çalışmalara yerli futbolçularla başlayıb. Toplanışın ilk gününü fitnes zalında çalışmalarla keçirən “qırmızı-qaralar” iyunun 6-dək paytaxtda məşq edəcək.
Roman Qriqorçukun komandası iyunun 7-də təlim-məşq toplanışı keçirmək üçün Avstriyaya yola düşəcək. Komandamız iyunun 23-dək Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində məskunlaşacaq. “Stubaierhof” mehmanxanasında qalacaq “Qəbələ” 4 yoxlama oyunu keçirəcək. İyunun 12-də “qırmızı-qaralar” Avstriyanın regional liqasında çıxış edən yerli “Fulpmes”lə üz-üzə gələcək.
3 gün sonra Rusiyanın “Terek” komandası ilə görüşəcək “Qəbələ” son iki matçında Bolqarıstan təmsilçiləri ilə qarşılaşacaq. İyunun 19-da Plovdivin “Botev” klubu, üç gün sonra isə bu ölkənin çempionu “Lüdoqorets” komandamıza rəqib olacaq.