“Qəbələ” AzAL-la oyuna Bakıda hazırlaşır

Topaz Premyer Liqasının II turunda AzAL-la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarını davam etdirir. Allsport.az xəbər verir ki, avqustun 10-da Qəbələdə keçirilən “Qarabağ”la I turun ev oyunundan (2:2) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” iki gündür Bakıda hazırlıq keçir.

Baş məşqçi Roman Qriqorçuk qarşılaşmanın ertəsi günü yalnız ilk turda meydana çıxanlara istirahət verib. Dünəndən paytaxtda keçirilən məşqlərdə isə komanda tam heyətlə məşq keçib. “Qəbələ” əsasən toplu çalışmalardan ibarət olan məşqlərini ADBTİA stadionunda gerçəkləşdirir. Bugünkü hazırlığın qarşılaşmanın keçiriləcəyi stadionda baş tutması planlaşdırılıb.

Avqustun 15-də “AzAL Arena”da keçirilməli olan oyunun yeri də dəyişdirilib. Belə ki, “Qəbələ”nin AzAL-la səfər oyunu “Dalğa Arena”da baş tutacaq. Qarşılaşma saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan