“Qəbələ” gənclər liqasının qalibidir

Bu gün AFFA-nın təşkil etdiyi gənclər liqasında son turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, qalib adını “Qəbələ” qazanıb.

“Sumqayıt” – “Qəbələ” oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. “Qəbələ” komandasının üzvü Elməddin Soltanov ən yaxşı qapıçı, onun komanda yoldaşlı İdris İnqilablı isə ən yaxşı oyunçu seçilib. Mövsüm ərzində 18 qolla liqanın bombardiri olan Samir Qurbanova (“Qəbələ”) xüsusi mükafat verilib.

Liqanı üçüncü pillədə başa vurmuş “Neftçi”, ikinci yeri tutmuş “Keşlə” və turnirin qalibi “Qəbələ” müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib.

Sonda “Qəbələ” komandasına kubok təqdim olunub. Mükafatları AFFA-nın məşqçilər komitəsinin üzvü Şahin Diniyev və futbol veteranı Rüstəm Rəhimov təqdim ediblər. 

Həmin kateqoriyadan