“Qəbələ” haqqında çoxlu görüntü tapa bilməmişik”

“Hamı oyuna çox yaxşı hazırlaşıb. Bu qarşılaşmanı səbirsizliklə gözləyirik. Meydanı qələbə ilə tərk etmək istəyirik”.

Allsport.az xəbər verir ki, bu fikirləri Niderlandın AZ komandasının futbolçusu Fedde de Yonq “Qəbələ”yə qarşı keçirəcəkləri gənclər liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi saytına müsahibəsində deyib.

18 yaşlı yarımmüdafiəçi “Qəbələ”ni analiz etmək üçün çoxlu görüntü tapa bilmədiklərini söyləyib: “Bununla belə, Azərbaycan komandasının fiziki cəhətdən hazırlıqlı olduğunu düşünürürük. Komanda yoldaşlarımızla razılığa gəlmişik ki, meydana istəkli çıxaq. Bu görüşdə yaxşı nəticəyə nail olmalıyıq”.

Təmsil etdikləri Alkmaar şəhərindən Azərbaycanadək 17 saatadək yol qət etmələrinə baxmayaraq, De Yonq vaxtın tez keçdiyini diqqətə çatdırıb: “Bu qədər uzun müddəti maraqlı söhbətlər və kompüter oyunları ilə ötürdük”.

Bu gün Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Həmin kateqoriyadan