«Qəbələ» klubu «Sent-Etyen»lə ev matçında stadiona məcburi tamaşaçı yığıb

Çərşənbə axşamı «Qəbələ» Avropa liqasının 4-cü turunda Bakıda Fransanın «Sent-Etyen» klubunu qəbul edib. Allsport.az saytının əldə etdiyi məlumata görə,  meydan sahibləri «Baksell arena»nı tamaşaçı ilə doldurmaq üçün, əldə etdiyi imkanlardan istifadə etmək qərarına gəlib.

Başqa sözlə, Fövqalədə Hallar Nazirliyinin rayon idarələrinin müəyyən əməkdaşları işdən sonra evə deyil, birbaşa stadiona yollanmaq tapşırığı verilib. Bəllidir ki, «qara-qırmızılar»ın prezidenti Tale Heydərov adı çəkilən nazirliyin rəhbəri Kamaləddin Heydərovun oğludur.

Nəticəyə gəlincə, stadion yenə tam dolmayıb; üstəlik, xala həsrət qalan «Qəbələ» növbəti dəfə meydanı başıaşağı tərk edib – 1:2.

Həmin kateqoriyadan