“Qəbələ” mübarizəyə başlayır

Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA gənclər liqasında mübarizəyə başlayacaq.

Allsport.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda çempionlar yolunda Niderland təmsilçisi AZ ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı görüş saat 17:00-da başlayacaq.

Bu, “Qəbələ”nin turnirdə 4-cü startıdır. 2016/2017-ci illər mövsümündə Rusiyanın “Dinamo” (Moskva) klubunu keçə bilməyən (0:2, 0:5) “qırmızı-qaralar” 2 il sonra bənclər liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olub. Komanda 2018/2019-cu illər mövsümündə öncə Moldova “Şerif”i (1:1, 3:1), ardınca Almaniya “Herta”sı ilə (1:3, 0:1) görüşüb.

Əyalət klubu 2019/2020-ci illər mövsümündə Kipr APOEL-inə uduzaraq, mübarizəni dayandırıb – 1:1, 0:1. Ötən il Şimali Makedoniya “Şkendiya”sı ilə qarşılaşma mövsümün koronavirus pandemiyası üzündən ləğvi nəticəsində baş tutmayıb.

Çempionlar yolu
I mərhələ, ilk oyun
29 sentyabr
17:00. “Qəbələ” (Azərbaycan) – AZ (Niderland)

Baş hakim: Viktor Kopiyevski (Ukrayna)
Qəbələ şəhər stadionu

Həmin kateqoriyadan