- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA gənclər liqasının l təsnifat mərhələsində cavab oyununa çıxacaq. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” Niderlandda AZ komandası ilə üz-üzə gələcək.
Xorvatiyalı Dario Belin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qəbələdəki ilk görüşdə Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanıb.
UEFA gənclər liqası
Cavab oyunu
19:00. AZ (Niderland) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Dario Bel (Xorvatiya)
Alkmar, “AZ təlim-məşq mərkəzi”.