“Qəbələ” özünü özünkülərlə yoxlayacaq

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Topaz premyer liqasında yaranan fasilə dövründə hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, 11-ci turun noyabrın 11-də keçirilən oyunundan sonra 3-günlük istirahətə buraxılan komanda dünən Qəbələdə bir araya gəlib. “Qırmızı-qaralar” hazırlığı yığmanın düşərgələrində olan futbolçularsız gerçəkləşdirir.

Dünən keçirilən məşq fiziki hazırlıqla başlayıb. Ardınca futbolçular meydanda toplu və topsuz çalışmalar yerinə yetiriblər. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda noyabrın 20-dək məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşəcək. Həmin gün Bakıya yola düşəcək komanda 12-ci turun hazırlığına paytaxtda yekun vuracaq.

Noyabrın 19-da isə “Qəbələ” yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” gənclər liqasında mübarizə aparan U-19 komandası ilə qüvvəsini sınayacaq. Komanda 12-ci turda noyabrın 24-də “Keşlə”nin qonağı olacaq.

Həmin kateqoriyadan