«Qəbələ» PAOK-la oyunun hazırlıqlarını davam etdirir

UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qəbələ” klubu ilk turda evdə PAOK-la (Yunanıstan) qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, “qara-qırmızılar” bu matçın hazırlıqlarını davam etdirir. Premyer Liqanın IV turunun “İnter”lə sentyabrın 12-də Bakıda keçirilən oyunundan (1:2) sonra məşqlərinə ara verməyən komanda, qrupdakı ilk sınağına Qəbələdə hazırlaşır.

Son matçın ertəsi bərpaedici məşqi paytaxtda gerçəkləşdirən “qırmızı-qaralar” ADBTİA stadionunda çalışıb. Dünən Qəbələdə məşq edən Roman Qriqorçukun yetirmələri bu gün də doğma stadionda hazırlıq keçəcək. Sabah baş tutacaq oyunöncəsi son məşq isə qarşılaşmanın keçiriləcəyi “Bakcell Arena”ya təsadüf edəcək.

Xatırladaq ki, “Qəbələ” – PAOK oyunu sentyabrın 17-də keçiriləcək. Qarşılaşma saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək.

Həmin kateqoriyadan