“Qəbələ” – “Sent-Etyen” görüşü ispaniyalı hakimlərə tapşırılıb

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək “Qəbələ” – “Sent-Etyen” (Fransa) matçının hakim təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, UEFA bu qarşılaşmanı ispaniyalılara tapşırıb.

Baş referi Karlos del Serro Qrande təyin olunub. Ona yan xətt hakimləri Xuan Karlos Yuste Ximenes və Roberto Alonso Fernandes kömək edəcəklər. Dördüncü ədalət təmsilçisi funksiyasını Abraham Alvares yerinə yetirəcək. Qapı arxasında dayanan referilər Xuasn Martines Munuera və İnyaki Vikandi Qarrido təyin edilib.

Qeyd edək ki, “Qəbələ” – “Sent-Etyen” oyunu noyabrın 3-də “Bakcell Arena”da keçiriləcək və saat 22:00-da başlayacaq.

Həmin kateqoriyadan