“Qəbələ” Türkiyə şirkəti ilə müqaviləni 2 il də uzadıb

2015-ci ildə “Qəbələ” klubu ilə “Sarar” şirkəti arasında imzalanan 2 illik geyim sponsorluğu müqaviləsi ötən müddət ərzində hər iki tərəf üçün uğurlu olduğu üçün, anlaşmanın müddəti növbəti 2 il üçün uzadılab. Allsport.az saytı xəbər verir ki, əldə olunan razılaşdırmaya əsasən “Sarar” növbəti iki mövsüm ərzində “Qəbələ”nin futbolçu və texniki heyetinin yay və qış geyimləri ilə təmin edəcək. Əvəzində, “Qəbələ”nin ev oyunlarında “Sarar”ın reklam bannerləri yerləşdiriləcək.

İdmana xüsusi diqqət ayıran “Sarar” hazırda Tükiyənin futbol və basketbol milli komandalarının (1996-cı ildən), “Beşikdaş” və “Trabzonspor”un sponsorudur. Bundan başqa, 1997-2013 cü illər arasında “Qalatasaray” və “Bursaspor” klubları “Sarar”la əməkdaşlıq edib.

Həmin kateqoriyadan