- Baxış sayı: 8
- 25 Aprel 2024 10:24
- Baxış sayı: 36
- Aprel 23, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra Topaz premyer liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Neftçi” – “Sabah” matçının 75-ci dəqiqəsində ev sahibinin futbolçusu Slavko Braliç 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən, o, 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Zirə” – “Qəbələ” matçı başa çatdıqdan sonra qonaqların baş məşqçisi Sənan Qurbanov oyun sonrası mətbuat konfransında iştirak etmədiyinə üçün, klub 800 manat cərimə olunub.