“Qəbələ” yenə qələbəsiz və xalsız qaldı

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları başlayıb. Allsport.az saytı xəbər verir ki, “Qəbələ” Bakıda Fransanın “Sent-Etyen” klubu ilə qarşılaşıb.

Səfərdəki matçda Rikardinyonun avtoqolu ilə uduzan (0:1) bölgə təmsilçisi, evdə ilk xalı qazanmağa yaxın olsa da, fürsəti yenə əldən verib. Nəticədə, rəqib 2:1 qələbə ilə “qara-qırmızılar”ı yenə xalsız və qələbəsiz quyub.

Qrupun digər oyununda Belçika “Anderlext”i doğma meydanda “Maynts”ı qəbul edib və böyük hesabla qalib gəlib – 6:1.

Həmin kateqoriyadan