“Qəbələ” Yunanıstandan 1 xalla dönür

Bu gün Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qəbələ” də qrupdakı növbəti oyununa çıxıb.

Bölgə klubu səfərdə Yunanıstan PAOK-unun qonağı olub. Roman Qriqorçukun çalışdırdığı təmsilçimiz çətin səfər oyununda ilk qələbəsini qazanmaq istəyində idi. Amma “Qəbələ”nin gücü yalnız qolsuz heç-heçəyə çatıb.

Bu gün “C” qrupunda daha bir görüş baş tutub. Rusiya “Krasnodar”u doğma meydanda Dortmund “Borussiya”sını (Almaniya) qəbul edib. Rusiya təmsilçisi zəif heyətlə gəlmiş dortmundlulara qalib gələrək (1:0), pley-offa digər vəsiqəyə sahib çıxıb. Bu üzdən də “Qəbələ” və PAOK qrupda qalıb. Bu komandalar sadəcə, qrupda üçüncü yeri tutmaq uğrunda mübarizə aparacaqlar.

UEFA Avropa Liqası
“C” qrupu
5-ci tur

26 noyabr

PAOK – “Qəbələ” – 0:0
Baş hakim: Yakob Kehlet (Danimarka).
Salonika. “Tumba” stadionu.

PAOK: 71. Panayotis Qlikos, 2. Yannis Skondras, 13. Stelios Malezas, 31. Giorgos Tzavellas, 70. Stelios Kitsiu (33. Stefanos Atanasiadis, 78), 6. Aleksandros Tziolis, 11. Robert Mak, 24. Qarri Rodriqes, 26. Ergis Kaçe, 77. Dimitris Pelkas (52. Erik Sabo, 46), 10. Dimitar Berbatov (27. Yannis Mistakidis, 71).
Ehtiyat oyunçular: 25. Robin Olsen, 4. Marin Leovaç, 16. Qoyko Çimirot, 9. Jayro da Silva.
Baş məşqçi: İqor Tudor.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 6. Rəşad Sadiqov (k) (4. Elvin Camalov, 87), 19. Aleksey Qay, 66. Samir Zərgərov (8. Məhəmməd Mirzəbəyov, 83), 7. Ermin Zets, 9. Sergey Zenyov (70. Vaqif Cavadov, 77), 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 88. Derlis Meza Kolli.
Baş məşqçi: Roman Qriqorçuk.

5 turdan sonra qrupdakı vəziyyət belədir: “Krasnodar” – 10, “Borussiya” – 10, PAOK – 4, “Qəbələ” – 2.

Həmin kateqoriyadan