Qəbələdə atıcıların mükafat yarışı keçiləcək

6-17 mayda Qəbələdə atıcılıq üzrə beynəlxalq qran-pri keçiləcək. Allsport.az saytı  xəbər verir ki, turnir ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunacaq.

Mükafat yarışında bizimlə yanaşı, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya və Qətəri təmsil edən 100-ə yaxın idmançı iştirak edəcək.

Qeyd edək ki, “Qəbələ” atıcılıq klubunun təməli 2012-ci ildə qoyulub. Klub qran-prini ardıcıl 3-cü il təşkil edir.

Həmin kateqoriyadan