“Qəbələ”də xorvatiyalı müdafiəçi

Yeni mövsüm üçüntransfer çalışmalarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, komandamız xorvatiyalı futbolçu İvitsa Juniçlə anlaşıb. 31 yaşlı müdafiəçi ilə müqavilə ilin sonuna qədər nəzərdə tutulub. Arxa xətt oyunçusu peşəkar karyerasına Bosniya və Hersoqovinanın “Tomislav” klubunda başlayıb.

Juniç ardınca Avstriyada “Singeringer”, “Markt Sankt Martin”, “Donau Lanqenlebarn”, “Austriya-2”, “Mattersburq-2”, “Şteqensbax”, Polşada QKS, Ukraynada “Volın”, “Çernomoreç”, Rusiyada “Orenburq” klublarında çıxış edib. Müdafiəçi 2019-cu ilin ilk yarısını Qazaxıstanın “Atırau” komandasında keçirib. O, bu ölkənin çempionatında 18 matçda 2 qol vurub.

Xatırladaq ki, “qırmızı-qaralar” öncə Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev, Kristian Kouakou və Klesio Bauku heyətinə qatıb.

Həmin kateqoriyadan