“Qəbələ”dən abituriyentlərə mükafat

“Qəbələ”nin növbəti aksiyanı gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, bu, premyer liqanın 3-cü turunun “Sumqayıt”la oyununun fasiləsində baş tutub.

Rayonunun bu yay ali təhsil müəssisələrinə imtahanlarda ən çox bal toplayan 10 abituriyent – Xatun Həşimova, Cabir Qurbanov (hər ikisi 610 bal), Gülnur Abdullayeva (614 bal), Günel Umudalıyeva (620,5 bal), Sami Şirin (625,8 bal), Əli Umarov (629,5 bal), Xədicə İbrahimova (630 bal), Rövşən Ağayev (646 bal), Səbinə Abdullayeva (654,3 bal) və Nurgül Əhmədovaya (673 bal) qiymətli hədiyyə, pul mükafatı və klub atributları verilib.

Mükafatları “Qəbələ”nin prezidenti Fariz Nəcəfov və UEFA gənclər liqasında çıxış edəcək U-19 komandasının üzvləri təqdim edib. Bu tədbir klub tərəfindən ənənəvi olaraq hər il keçirilir.

Həmin kateqoriyadan