““Qəbələ”ni udsaq, növbəti mərhələyə çıxmaq üçün edəcəyimiz çox az şey qalacaq”

Avropa Liqasının qrup mərhələsində noyabrın 5-də “Qəbələ”ni Dortmundda qonaq edəcək “Borussiya”nın futbolçusu Marko Roys yerli mətbuata açıqlama verib. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçisi Bundesliqanın 11-ci turunda “Verder” üzərindəki 3:1 hesablı qələbədən sonra, “Qəbələ”ni düşündüklərini bildirib. Roys qeyd edib ki, qrup mərhələsinin həlledici oyunlarından birinə çıxırlar:

“Bundesliqanın son oyununda çox əziyyət çəkdik. Çətin oyun oldu və sonunda qələbə qazandıq. Bundan sonra daha da diqqətli olmalıyıq. Amma qarşıda qrup mərhələsi üçün həlledici oyunlardan biri olan “Qəbələ” ilə matç var. Bizim üçün vacib qarşılaşmadır.

Düzdür, Avroliqa matçından sonra “Şalke” kimi çətin rəqiblər qarşılaşacağıq. Ancaq indi bütün fikrimiz “Qəbələ”yə qarşı matçdadır. Əgər bu matçda da qələbə qazansaq, növbəti mərhələyə çıxmaq üçün edəcəyimiz çox az şey qalacaq. Bütün diqqətimizi cümə günü keçiriləcək matça yönəltməliyik. Bunu bütün oyunçular da bilir”.

Həmin kateqoriyadan