“Qəbələ”nin 149-cu debütantı

AzAL-la oyun “Qəbələ”nin futbolçusu Roman Hüseynov üçün əlamətdar olub. Allsport.az “Qəbələ İK” qəzetinə istinadla xəbər verir ki, klubun Futbol Akademiyasının yetirməsi olan 18 yaşlı yarımmüdafiəçi əsas komandada debüt edib. Oyunun 88-ci dəqiqəsində Samir Zərgərovun yerinə meydana daxil olan Roman yarımmüdafiənin sol cinahında yer alıb.

Hüseynov “Qəbələ”nin 10 illik tarixində əsas komandada oynayan futbolçuların sayını 194-ə çatdırıb. Özü də o, ən gənc debütantlardandır. Belə ki, Romanın 18 yaşı bu ilin dekabrın 26-da tamam olacaq. “Qırmızı-qaralar”da rəsmi debüt edən ən gənc futbolçu isə yarımmüdafiəçi Elnur Mustafazadə olub. O, 2011/12 mövsümündə, 2012-ci il aprelin 29-da “Bakı” ilə ev matçında (4:0) ilk oyununa çıxarkən 16 yaş 7 ay 25 günlüyündə olub.

Xatırladaq ki, Hüseynov əsas heyətə ukraynalı baş məşqçi Roman Qriqorçukun komandaya gəlişindən sonra cəlb olunub.

Həmin kateqoriyadan