- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Qəbələ” klubunun Avropa liqasında ilk rəqibi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, yarışa 2-ci təsnifatdan başlayacaq “qırmızı-qaralar” Polşanın “Yagelloniya” komandası ilə qarşılaşacaq.
Bunu ilk ələmənin görüşü rəsmiləşdirib. Ləhistanlılar 2 oyunun yekununda Gürcüstan “Dinamo”sunu (Batumi) mübarizədən kənarlaşdırıblar – 1:0, 4:0.
Bu kollektivlər arasında ilk matç iyulun 13-də keçiriləcək. Bakıda “Bakcell Arena”da baş tutacaq görüş saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra rəqib meydanında olacaq.