“Qəbələ”nin baş məşqçisi “Kuban”dan təklif alıb

“Qəbələ”nin ölkə çempionatında qeyri-sabit çıxışı baş məşqçi Dorinel Muntyanunun menecerini hərəkətə gətirib. Allsport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, rumın mütəxəssis keçmiş komandası “Kuban”a qayıda bilər.

Bu barədə xəbəri həmkarımıza onun meneceri Leonid İstrat verib. O bildirib ki, Muntyanunun Krasnodarda olarkən, ona şans vermək lazım idi:

“İlk andaca zəif çıxışa görə baş məşqçini postundan uzaqlaşdırmırlar. Hər  bir mütəxəssis yaxşı nəticə üçün vaxt istəyir. Ancaq Muntyanu yenidən “Kuban”a qayıda bilər. Eşitdiyimə görə, o, artıq belə bir təklif alıb”.

 

Həmin kateqoriyadan