“Qəbələ”nin məşqçisi avtomobil qəzasında dünyasını dəyişib

“Qəbələ”yə ağır itki üz verib. Allsport.az saytı xəbər verir ki, gecə saatlarında klubun futbol akademiyasının qapıçılar üzrə məşqçisi Teymur Musayev avtomobil qəzasında dünyasını dəyişib.
“Qəbələ” futbol akademiyasının direktor müavini Nail Kərimov onun tanışının idarə etdiyi maşının yol kənarında dirəyə çırpılması nəticəsində öldüyünü deyib.

Həmin kateqoriyadan