- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Bu gün gənclər liqasının çempionlar yolunda ilk mərhələnin cavab oyununda “Qəbələ”nin U-19 komandası səfərdə Moldovanın “Şerif” klubu ilə qarşılaşıb.
Allsport.az saytı xəbər verir ki, 3 həftə əvvəl ev oyununda 1:1 hesablı heç-heçə edən “qırmızı-qaralar”, Tiraspolda daha yaxşı çıxış edib.
Rəqibini 3:1 məyus edən Emin İmaməliyevin dəstəsi 2-ci etapa yüksəlib. “Qəbələ” bu liqada mərhələ adlayan ilk klub kimi Azərbaycan futbolu tarixinə düşüb.