- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Əlbəttə məğlubiyyətə görə məyus olduq. Daha çoxunu bacara bilərdik. Amma qəbul etməliyik ki, “Qarabağ” orta səviyyədən yuxarı komandadır”. Allsport.az saytı xəbər verir ki, bu sözü İsveçrə “Sürix”inin prezidenti Ancillo Kanepa çempionlar liqasının 2-ci təsnifatında “Qarabağ” (2:3, 2:2) klubu ilə bağlı deyib.
O, komandasının rəqibi keçməsi üçün təcrübəsi çatmadığını qeyd edib: “Düzdür, onları keçmək olardı. Əla formada olan 11 oyunçu ilə. Sadəcə, keyfiyyət yox, təcrübə çatışmazlığı oldu. Heyətdə beynəlxalq səviyyədə təcrübəyə malik oyunçular var. Buna baxmayaraq, onlar ümid etdiyimiz kimi çıxış etmədilər”.