“Qələbə qazanmağa cəhd edəcəyik”

Konfrans liqasının 3-cü təsnifatında avqustun 4-ü saat 21:00-da “Bakcell arena”da “Neftçi” – “Rapid” (Avstriya) oyunu başlayacaq. Allsport.az saytı xəbər verir ki, matçdan öncə komandamızın baş məşqçisi Laurentsiu Regekampf bunu deyib:

“Bzim üçün çox vacib oyun olacaq. Çalışacağıq yaxşı oyun nümayiş etdirib növbəti mərhələyə adlamaq üçün addım ataq. Qələbə qazanmağa cəhd edəcəyik.

Bilirik ki, çətin olacaq, çünki rəqibimiz çox güclüdür. Bununla belə, mən öz komandama, stadionda olacaq atmosferə və futbolçularımın yaxşı oyun göstərəcəyinə inanıram”.

Həmin kateqoriyadan