“Qələbəyə layiq idik”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino premyer liqanın 31-ci turunun matçında “Mançester Yunayted” üzərində qazanılan qələbəni (4:3) şərh edib.

Allsport.az xəbər verir ki, o, qələbəni haqq etdiklərini bildirib:

“Mən çox xoşbəxtəm, çünki düşünürəm ki, qələbəyə layiq idik. Çətin idi, amma ümumilikdə rəqibimizdən üstün idik. Matça çox yaxşı başladıq, amma buraxılan qol komandamıza emosional təsir bağışladı.
“Mançester Yunayted” müdafiədən hücuma keçməyi çox yaxşı bacarır”.

Həmin kateqoriyadan