- Baxış sayı: 14
- 23 Aprel 2024 13:53
- Baxış sayı: 85
- Aprel 23, 2024
- 0
“Səbail” klubunun müdafiəçisi Camal Araqo futbol üzrə Liberiya millisində növbəti matçına çıxıb.
Allsport.az xəbər verir ki, o, DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində Mərkəzi Afrika Respublikası ilə oyunun iştirakçısı olub.
Qarşılaşma Liberiya yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan futbolçu 90 dəqiqə mübarizə aparıb. “Səbail”in futbolçusu 30-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Liberiya yığması yer aldığı C qrupunda 6 oyuna topladığı 6 xalla 3-cü olub.