“Qəribə haldır ki, burada Bakıdakından daha yaxşı oynadıq, amma cəfəng qollar buraxdıq”

Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze Avropa liqasının 2-ci təsnifatında Lüksemburqda yerli “Fola” klubu arasında keçirilən matç barədə fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, gürcüstanlı mütəxəsiss 1:4 hesabı ilə uduzduqları görüşdə bəxtlərinin gətirmədiyini deyib:

“Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Növbəti mərhələyə keçmək şansımız var idi, lakin alınmadı. Qəribə haldır ki, burada Bakıdakından daha yaxşı oynadıq. Yaxşı anlardan istifadə etməyi bacarmadıq. Sadəcə, cəfəng qollar buraxdıq. Bu futboldur, demək olar ki, həmişə bəxt gətirmir. Amma bəxtə layiq olmaq da lazımdır”.

Həmin kateqoriyadan