- Baxış sayı: 32
- 23 Sentyabr 2026 17:23
- Baxış sayı: 278
- Sentyabr 17, 2026
- 0

Türkiyənin “Qalatasaray” klubu çempionlar liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Almaniyada “Bavariya”nın qonağı olub.
Allsport.az xəbər verir ki, matç Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ev sahibinin qollarını 80 və 86-cı dəqiqədə komandanın 9 nömrəsi Harri Keyn vurub. Qardaş ölkə klubu tərəfindən 90+3-cü dəqiqə vurulan təsəlli qolun müəllifi isə hücumçu Sedrik Bakambu olub.
Beləliklə “A” qrupunda İstanbul təmsilçisi 4 turdan sonra 4 xalla qrupda 3-cü pillədə qərarlaşıb.