“Qalatasaray” və “Beşikdaş” portuqaliyalı futbolçu üçün hərəkətə keçib

“Beşikdaş” yarımmüdafiəçi Jedson Fernandesi geri qaytarmaq istəyir və artıq “Spartak”ın oyunçusu ilə əlaqə saxlayıb.

 Allsport.az saytı xəbər verir ki, Türkiyə çempionu “Qalatasaray” da portuqaliyalı futbolçunu heyətə qatmaqda maraqlıdır, Fernandesi yarımmüdafiə xəttini gücləndirmək üçün əsas seçim kimi görür və vəziyyəti yaxından izləyir.

Jedsonun “qladiatorlar”da narazı olduğu və ayrılmağı planlaşdırdığı bildirilir.

27 yaşlı futbolçu ötən yay “Beşikdaş”dan “Spartak”a 20,8 milyon avro və 7,2 milyon avro əlavə müqabilində qoşulub. Jedsonun “qırmızı-ağlar”la müqaviləsi 2029-cu ilə qədərdir.

Həmin kateqoriyadan