- Baxış sayı: 32
- 09 İyul 2026 23:54
- Baxış sayı: 410
- İyul 08, 2026
- 0

“Qalatasaray” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
Allsport.az xəbər verir ki, İstanbul təmsilçisi “Əl Nəsr”dən Con Duranla anlaşıb.
Komanda 22 yaşlı hücumçunu bir mövsümlük icarəyə götürəcək.
Duranın son klubu “Zenit” olub. O, Sankt Peterburq təmsilçisində icarədə çıxış edib.
Kolumbiyalı futbolçu daha əvvəl Türkiyədə “Fənərbağça”nın da formasını geyinib.