Qara Qarayev: “Fikrimiz ordumuzun yanında idi”

“Qarabağ” Polşanın “Legiya” klubunu Varşavada 3:0 hesablı məğlub edərək Avropa liqasının qrup mərhələsinə yüksəlib. Allsport.az xəbər verir ki, oyundan sonra komanda üzvləri əsgər salamı ilə qələbəni qeyd edəərk ordumuza dəstək nümayiş etdiriblər.

Komandanın vitse-kapitanı Qara Qarayev zəfəri şərh edib:

“Cəbhədə baş verənlərdən biganə qala bilmirdik. Hər an fikrimiz, düşüncəmiz orada idi. Bu oyuna hazırlaşmaq asan deyildi. Bizim üçün əsas olan əsgərlərimizin döyüşü idi. Ölkəmizdəki müharibə şəraiti bizim üçün ən vacibdir. Belə dönəmdə xalqımıza, ordumuza sevinc yaşatmaq üçün hazırlaşırdıq. Əlimizdən gələni etdik. Şükürlər olsun, buna nail olduq”.

Həmin kateqoriyadan