Qara Qarayev: “”Tottenhem” son illərdə ölkəmizə gəlmiş ən güclü komandadır”

“Qarabağ”ın futboçusu Qara Qarayev Avroliqanın qrup mərdələsinin 5-ci turunda Bakıda İngiltərə “Tottenhem”i ilə qarşılaşdıqları matça şərh verib. Allsport.az saytının məlumatına görə, milli komandanın üzvü 0:1 hesablı məğlubiyyəti belə izah verib:

“Komanda şəklində yaxşı oynadıq, layiqli mübarizə apardıq. Rəqibin gücü göz önündə idi. Əlbəttə, qələbə qazanmaq istəyirdik. Çox çalışdıq, alınmadı. Bir oyunumuz qalıb. Bu matçda xal qazanıb, reytinqə əlavə etmək istəyirik. Yeri gəlmişkən, azarkeşlərimizə təşəkkür edirik.

Çempionlar Liqasının ilk görüşündən bu günə qədər bizi daim dəstəkləyiblər. “Tottenhem” son illərdə ölkəmizə gəlmiş ən güclü komandadır. Ola bilər, bunun fərqində deyillər. Ustalığı, səviyyəsi ortada olan komandadır.

Həmin kateqoriyadan