“Qara-qartallar”ın 2 futbolçusu Bakıda matçda oynamaycaq

“Beşikdaş”ın iki aparıcı futbolçuları Cenk Tosun və Rəşid Gəzzal Bakıda flaqmana qarşı keçirəcəkləri konfrans liqasının III təsnifat mərhələsinin ilk oyununu buraxacaqlar.

Allsport.az saytı xəbər verir ki, Şənol Günəş, zədəsini yenicə sağaldan oyunçular avrokubok matçında meydana çıxmayacaqlarını bildirib:

“Cenk Tosun ağır zədədən qayıdıb. Vəziyyəti normaldır. Amma “Neftçi” ilə qarşılaşmada iştirakı çətin görünür. Risk edə bilmərəm. Amma cavab matçında və çempionat qarşılaşmasında oynaya bilər. Gəzzal isə fərdi məşqlərini davam etdirir. Bu həftədən komanda ilə hazırlığa başlayacağı gözlənilir”.

“Neftçi” ilə “Beşikdaş” arasında ilk oyun avqustun 10-da saat 21:00-da başlayacaq. Cavab görüşü ayın 17-sində “Vodafon park arena”da keçiriləcək.

Həmin kateqoriyadan