AVROLİQA
“Qarabağ” 1 xalla başladı

Bu gün Avropa Liqasında yeni mövsüm başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışın təsnifat mərhələsinin ardından qitənin ikinci dərəcəli klub turnirinin əsas hissəsi başlayıb. 48 komandanın 12 qrupda mübarizə aparacağı yarış Bakıda start götürüb. Tofiq Bəhramov adına Respublika stadionunda ölkəmizi sözügedən turnirdə təmsil edən “Qarabağ” klubu ilk görüşdə Fransa “Sent-Etyen”ini ilə qarşılaşıb.

Şotlandiyalı hakimlərin idarə etdiyi görüşdə qalib müəyyənləşməyib. Təmsilçimizin açıq-aşkar üstünlüyü ilə keçən oyunda hesabı açmaq mümkün olmayıb. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Beləliklə, “Qarabağ” qrup mərhələsinə 1 xalla başlayıb.

Qeyd edək ki, “F” qrupunda İtaliya “İnter”i hazırda səfərdə Ukrayna “Dnepr”i ilə mübarizə aparır. Qarşılaşma 0:0 hesabı ilə davam edir.

 

Avropa Liqası. “F” qrupu

18 sentyabr, I tur

 

“Qarabağ” (Azərbaycan) – “Sent Etyen” (Fransa) – 0:0

Baş hakim: Steven Maklin
Baş hakimin köməkçiləri: Qavin Harris, Fransis Konnor
Dördüncü hakim: Alasdair Ross
Əlavə köməkçi hakimlər: Brayan Kolvin, Endryu Dallas (hamısı Şotlandiya)
Hakim-inspektor: Qilfi Tor Orrason (İslandiya)
UEFA nümayəndəsi: Sergey iliç (Belarus)
Bakı. T. Bəhramov adına Respublika stadionu

QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 70. Çumbinyo, 41. Leroy Corc
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 24. Admir Teli, 11. Danilo Dias, 7.Namiq Yusifov, 17.Vüqar Nadirov, 99. Namiq Ələskərov
Baş məşqçi: Qurban Qurbanov

SENT-ETYEN: 16. Stefan Ruffier, 20. Conatan Brison, 23. Paul Baysse, 26. Mustafa Bayal Sall, 6. Jeremi Klement (k), 8. Benjamin Korqne, 10. Renaud Çohade, 19. Florentin Poqba, 7. Maks-Alain Qradel, 9. Mevlut Ərdinç, 22. Kevin Monnet-Paket
Ehtiyat oyunçular: 30. Jessi Moulin, 29. François Klerk, 32.Jerrold Nyemek, 18. Fabien Lemoine, 28. İsmail Diomande, 11. Yohan Mollo, 12. Allan Sent-Maksimin
Baş məşqçi: Kristof Qaltye

Həmin kateqoriyadan