“Qarabağ” 8-ci dəfə Avropa liqasının qrupuna vəsiqə qazanıb

“Qarabağ” 8-ci dəfə Avropa liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Allsport.az saytı xəbər verir ki, “köhlən atlar” buna pley-ofda Sloveniyanın “Olimpiya” klubunu üstələməklə (səfərdə – 2:0; evdə – 2:1 hesablı qələbə) nail olub.

Bu u nəticə ilə Azərbaycan futbolu tarixində öz rekordunu yeniləyib. Ağdam komandası 2014/2015, 2015/2016, 2016/2017, 2018/2019, 2019/2020, 2020/2021 və 2022/2023-cü illər mövsümündə Avropa liqasının qrupunda mübarizə aparıb.

Həmin kateqoriyadan