“Qarabağ” – AEL görüşünün biletləri satışa çıxarılır

Konfrans liqasının 3-cü ələməsində “Qarabağ” – AEL (Kipr) oyunun biletləri sabahdan satışa çıxarılacaq. Allsport.az saytı xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 20 və 30 manat təşkil edir. COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Satış məntəqələri:

Tofiq Bəhramov adına respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılacaq (5-3 azn);

İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

FAW Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn)  biletlər satışda olacaq;

“Park bulvar”da “Qarabağ”ın azarkeş mağazasında (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).

Qeyd edək ki, bir şəxs cəmi 3 bilet ala bilər.

Həmin kateqoriyadan