“Qarabağ” – AEL oyununa nə qədər bilet satılıb?

“Qarabağ” – AEL (Kipr) arasında konfrans liqasının 3-cü ələməsinin cavab oyununa bilet satışı davam edir. Allsport.az saytı xəbər verir ki, artıq 5 minə yaxın bilet satılıb.

Nazilər kabinetinin qərarına əsasən, pandemiyaya görə oyunlara stadion tutumunun 50 faizi qədər azarkeş buraxıla bilər. Bu da o deməkdir ki, 30 minlik tutumu olan Tofiq Bəhramov adına respublika stadionuna 15 min azarkeş buraxıla bilər.

Avqustun 12-də görüş saat 20:00-da başlayacaq. Limassolda ilk matç 1:1 bitib.

Həmin kateqoriyadan