“Qarabağ” APOEL-ə uduzdu

Bu gün Avropa liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub. Allsport.az xəbər verir ki, “Qarabağ” Kiprdə APOEL-lə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

A qrupunun digər oyununda “Sevilya” Lüksemburqda “Düdelanj”ı 5:2 hesabı ilə məğlub edib.

7 noyabr
Avropa Liqası, A qrupu, 4-cü tur
21:55. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) – 2:1
Qollar: Lukas Souza, 59, Nikolas İoannu, 88 – Maksim Medvedev, 10
Hakimlər: Manuel Şuttenqruber, Roland Brandner, Robert Steynaşer, Kristofer Yaqer (hamısı Avstriya).
Nikosiya. GSP stadionu.

Həmin kateqoriyadan