“Qarabağ” – APOEL matçının biletləri satışda

“Qarabağ” çempionlar liqasının 3-cü təsnifatının cavab matçında avqustun 13-də saat 20:30-da Tofiq Bəhramov adına respublika stadionunda Kiprin APOEL klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, artıq görüşün biletləri bu gündən etibarən satışa çıxarılıb. Qiymətlər sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)

Həmin kateqoriyadan