“Qarabağ” – “Arsenal” görüşü 2 manata!

“Qarabağ” Avropa liqasında “E” qrupunda 2-ci turda oktyabrın 4-də İngiltərənin “Arsenal” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, Bakı olimpiya stadionunda keçiriləcək oyunun biletləri sabahdan etibarən satışa çıxarılacaq. Qiymətlər 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-di. Görüşü canlı izləmək istəyənlər aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər (Stadionun qapıları oyundan 3 saat öncə açılacaq).

“Qarabağ” FK Fan-şop (Park Bulvar)
İticket kassaları
Sumqayıt şəhəri (ASAN Xidmət)
28 Mall
Gənclik Mall

 

Həmin kateqoriyadan