UĞUR
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində!

Avroliqanın pley-off mərhələsinin cavab görüşündə səfərdə Niderlandın “Tvente” klubu ilə 1:1 heç-heçə edən “Qarabağ” tarix yazıb. Allsport.az saytı xəbər verir ki,  Ağdam təmsilçisi Avroliqanın qrup mərhələsində oynayacaq ikinci Azərbaycan klubu olub. Buna qədər Bakının “Neftçi” komandası həmin uğura sevinib. “Ağ-qaralar” 2012/2013 mövsümündə Kiprin APOEL klubunu üstələməklə (1:1, 3:1) ilk dəfə qrup mərhələsinə vəsiqə qazanmışdı.

“Qarabağ” klubu daha öncə 3 dəfə Avropa Liqasının pley-off mərhələsində oynasa da, hamısında rəqiblərinə uduzaraq mübarizəni dayandırmışdı. Son Azərbaycan çempionu 2009/2010 mövsümündə “Tvente”yə (Hollandiya), 2010/2011 mövsümündə “Borussiya” (Dortmund, Almaniya) və nəhayət 2013/2014 mövsümündə “Ayntraxt” (Almaniya) klublarına məğlub olmuşdu. Bu dəfə isə “Qarabağ” yenə “Tvente” ilə qarşılaşdı və rəqibini iki oyunun nəticəsinə görə üstələyərək (0:0, 1:1) tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ əldə edib. 

Qeyd edək ki, “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərinə bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq püşkü zamanı aydınlıq gələcək. 

Həmin kateqoriyadan