“Qarabağ” Azərbaycanı 1 pillə yüksəltdi

UEFA-nın əmsallar cədvəli açıqlanıb. Allsport.az saytı xəbər verir ki, avrokubokların qrup mərhələsinin ilk turundan sonra siyahıda cüzi dəyişikliklər olub. Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsinin startı Azərbaycan üçün də uğurlu olub. Belə ki, ölkəmiz mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ”la daha bir addım irəliləyib.

Buna Ağdam təmsilçisinin Fransa “Sent-Etyen”i ilə ev oyunundakı qolsuz heç-heçə səbəb olub. Bərabərliyin gətirdiyi 0,250 xal sayəsində son 5 mövsümə əsasən yığılan əmsalımızı cəmi rekord həddə – 11,500 çatıb.

Belə artım 29-cu pilləyə yüksəlməyə imkan verib. Bu oyunadək Azərbaycan Slovakiya ilə eyni xala (11,250) malik olsa da, əlavə göstəricilərdə onlardan geri qalırdı. Slovakiyanın yeganə təmsilçisi “Slovan”ın İsveçrədə “Yanq Boyz” önündə darmadağın olması (0:5) da irəliləməyimizə kömək edib.

Həmin kateqoriyadan