- Baxış sayı: 39
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 128
- Sentyabr 23, 2026
- 0

Sabah “Qarabağ” çempionlar liqasının ilk ələməsində “Dalğa arena”da Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, saat 21:00-da başlayan oyuna azarkeşlərin rahat gedib-qayıtmasını təmin etmək üçün Ağdam klubu xüsusi avtobuslar təşkil edib.
Saat 18:30-19:45 arası “Koroğlu” metrostansiyasından “Dalğa arena”ya avtobuslar hərəkət edəcək. “Qarabağ” loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu” metrostansiyasına geri qaytaracaq.