“Qarabağ” azarkeşlərə müraciət: “Bilet almağa tələsin! Tələsin ki, yeni tarixi birlikdə yazaq!”

“Qarabağ”, konfrans liqasının 1/16 finalında Belçikanın “Gent” klubu ilə ev oyunu öncəsi azarkeşlərə müraciət edib. Allsport.az saytı xəbər verir ki, Ağdam komandasının yaydığı müraciətdə bildirilir:

“24 min ürəyin düyüntüsünü, o ürəklərdən gələn “Qarabağ” çağırışını artıq indidən eşidirik. İnanırıq ki, 31 min azarkeş stadionda, milyonlar isə ekran qarşısında “Qarabağ”la nəfəs alacaq. Tərimizin son damlasına qədər Azərbaycanımız üçün oynayacağımızdan əmin olun. Odur ki, siz də bizə daha yaxın olmağa, stadionda yerinizi tutmağa çalışın.

Satışda hələ də 7 min bilet qalıb. Almağa tələsin! Tələsin ki, yeni tarixi birlikdə yazaq!

Təşəkkürlər, “Qarabağ” azarkeşi! Fevralın 16-da Tofiq Bəhramov adına respublika stadionunda görüşənədək”.

İlk matç fevralın 16-da Bakıda (yerli vaxtla 21:45), cavab görüşü ayın 23-ündə qarşı tərəfdə keçiriləcək.

Həmin kateqoriyadan