“Qarabağ” azarkeşləri Avropa Liqasının ilk onluğunda

Avropa Liqasının qrup mərhələsində ev oyunlarına ən çox azarkeş toplayan klubların siyahısı açıqlanıb. Allsport.az xəbər verir ki, siyahıda Azərbaycan təmsilçisi də var.

Belə ki, son ölkə çempionu “Qarabağ” sözügedən siyahıda ilk onluğu qapayır. Təmsilçimizin ev oyunlarını orta hesabla 27 733 azarkeş izləyib.

İlk pilləni isə “Qəbələ” ilə bir qrupda mübarizə aparmış Almaniyanın “Borussiya” klubu tutur.

1. “Borussiya” (Dortmund, Almaniya) – 55803
2. “Ayaks” (Hollandiya) – 48282
3. “Şalke” (Almaniya) – 45603
4. “Liverpul” (İngiltərə) – 40909
5. “Seltik” (Şotlandiya) – 40840
6. “Rapid” (Avstriya) – 36800
7. “Atletik” (Bilbao, İspaniya) – 35723
8. “Fənərbağça” (Türkiyə) – 35388
9. “Tottenhem” (İngiltərə) – 31355
10. “Qarabağ” (Azərbaycan) – 27733

Həmin kateqoriyadan