“Qarabağ” “Braqa” oyununun biletləri satışda

Allsport.az xəbər verir ki, biletlər bu gün saat 12:00-dan iticket.az-da satışa çıxarılıb. Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP “C” və VVIP “D” sektorlarından “VIP Lounge” üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır. Fanatlar biletləri “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), “Park Bulvardakı “Qarabağ” fan-şopu, Tofiq Bəhramov adına respublika stadionunun və Heydər Əliyev sarayının kassalarında əldə edə bilərlər. ”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Braqa” matçı fevralın 22-də keçiriləcək.

Həmin kateqoriyadan