“Qarabağ” CAR millisinin hücumçusuna elçi düşüb

Kiprin “Anortosis” klubunun hücumçusu Dino Ndlovu karyerasını Azərbaycanda davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, o, Türkiyənin “Antalyaspor” klubunda baxışda olsa da, böyük ehtimalla, məşqçilər korpusunun rəğbətini qazana bilməyib.

Hazırda isə onun Azərbaycan klublarından birinini hədəfində olduğu bildirilir. Lakin həmin klubun adı açıqlanmır. Cənubi Afrika Respublikasının “Soccer-Laduma” portalı isə bu ölkənin milli komandasının üzvü olan Ndlovu ilə “Qarabağ”ın maraqlandığını iddia edib.

Həmin kateqoriyadan