“Qarabağ” çempionlar liqasına səfər qələbəsi ilə başlayıb

“Qarabağ” çempionlar liqasına səfər qələbəsi ilə başlayıb

Bu gün Azərbaycan klubları üçün yeni avrokubok mövsümü açılıb. Allsport.az saytı xəbər verir ki, ilk olaraq  mübarizəyə “Qarabağ” başlayıb. Son 5 mövsümün qalibi çempionlar liqasında Lüblyanada Sloveniyanın “Olimpiya” klubunun qonağı olub.

Görüş “köhlən atlılar”ın 1:0 qələbəsi ilə sona yetib. 79-cu dəqiqədə Donald Gerye fəqrlənib. Komandalar oyunu 10 nəfərlə başa vurublar. Öncə meydan sahibləri, sonda Qara Qarayev ikinci sarı – qırmızı vərəqə alaraq meydanı tərk ediblər.

Cavab oyunu iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Həmin kateqoriyadan